İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Nyu Yorkda erməni təxribatına etiraz edilib

Nyu Yorkda erməni təxribatına etiraz edilib

11.04.2016

BMT-nin Nyu Yorkdakı mənzil qərargahı qarşısında etiraz mitinqi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Nyu York Assosiasiyasının təşkilatçılığı ilə baş tutan aksiya son günlər Ermənistan ordusunun cəbhə xəttində törətdiyi hərbi təxribatlara etiraz etmək məqsədilə təşkil edilib.

Xeyli sayda türk və azərbaycanlının iştirak etdiyi mitinqdə "Qarabağ bizimdir, bizim olacaq!", "Qarabağa ədalət!", "Vətən, biz səninləyik!", "Ermənistan işğalçıdır!" şüarları səsləndirilib.

Aksiyada çıxış edənlər 1-5 aprel tarixlərində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını və dinc əhalinin öldürülməsini qətiyyətlə pisləyib, işğalçı Ermənistandan təcavüzkarlıq siyasətindən əl çəkməyi tələb ediblər.

Etiraz aksiyası ilə eyni vaxtda BMT-nin Nyu Yorkdakı mənzil qərargahı qarşısında erməni lobbisinin nümayəndələri tərəfindən müdaxiləyə cəhd edilsə də, nəticəsiz qalıb və mitinq dinc şəraitdə başa çatıb.