İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İsveçrə XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dialoq lazımdır

İsveçrə XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dialoq lazımdır

11.04.2016

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dialoq lazımdır.

Trend-in məlumatına görə, bunu İsveçrənin xarici işlər naziri Didye Burkhalter Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir hesab edir ki, bu məsələnin həllini tapmaq üçün dialoq və danışıqlar prosesi lazımdır: "Bu proses hələ qurulmayıb və onunla məşğul olmaq lazımdır".