İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

MN: Ermənistana qaytarılan meyitlərin təhqir edilməsi barədə iddialar yalandır

MN: Ermənistana qaytarılan meyitlərin təhqir edilməsi barədə iddialar yalandır

11.04.2016

Ermənistan tərəfinin guya Azərbaycan hərbçilərinin erməni əsgərlərinin meyitlərini təhqir etməsi barədə yaydığı məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Qeyd olunub ki, Ermənistan tərəfi belə bəyanatlarla dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ münaqişəsində yanlış tərəfə yönəltməyə, özlərinə haqq qazandırmağa və azərbaycanlıları vəhşilikdə ittiham etməyə çalışır: "Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, erməni əsgərlərin meyitləri üzərində heç bir işgəncə və təhqiramiz hərəkət olmayıb".

Mətbuat xidmətindən qeyd ediblər ki, ölənlərin və onların ailələrinə qarşı humanist düşüncələrə görə və onların emosional vəziyyətini nəzərə alaraq erməni tərəfinin azərbaycanlı hərbçilərinin meyitləri üzərində müxtəlif təhqiramiz hərəkətlərə yol verməsi faktlarını bəyan etmədik.