İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

BMT ermənilərin işğal olunmuş ərazilərdə əhalini zorla saxladığını təsdiqləyib

BMT ermənilərin işğal olunmuş ərazilərdə əhalini zorla saxladığını təsdiqləyib

12.04.2016

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin nəticəsində yüzlərlə insan, əsasən qadınlar, uşaqlar və yaşlı insanlar öz evlərini tərk etmək məcburiyyəti qarşısında qalıblar.

Bunu jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik, Cenevrədə yerləşən Qaçqınların işi üzrə Ali Komissarının İdarəsinin (QİAKİ) məlumatını çatdırarkən deyib.

"QİAKİ dinc sakinlər arasında qurbanlar, evlərin və infrastrukturun dağıldığı (ermənilərin atəşi nəticəsində mülki vətəndaşlar öldürülüb) və münaqişə zonasını tərk etmək istəyən insanların yerdəyişmə azadlığının məhdudlaşdırılması haqqında məlumat alıb", deyə o bildirib.

Daha öncə Ermənistan ordusu Azərbaycanın işğal olunmuş ərazilərindən əhalinin gedişinin qarşısını almaq üçün blokpostlar qurmuşdu.