İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təmas qrupu yaradır

İƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təmas qrupu yaradır

12.04.2016

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə təmas qrupu yaradır.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edərkən deyib.

Təmas qrupunun yaradılması barədə qərar təşkilatın ekspertləri səviyyəsində qəbul edilib.

M.Çavuşoğlu bildirib ki, İƏT bu münaqişənin nizamlanmasına öz töhfəsini verməlidir.

Türkiyənin XİN rəhbəri təşkilata üzv ölkələri təmas qrupuna qoşulmağa çağırıb.

O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bu yaxınlarda vəziyyətin gərginləşməsinə toxunan M.Çavuşoğlu vurğulayıb ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı davam etdikcə toqquşmalar baş verəcək: "Münaqişə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır".