İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Gürcüstan parlamentində britaniyalı jurnalistin Ermənistan-Azərbaycan münaqişəsi barədə yazdığı kitabın təqdimatı olacaq

Gürcüstan parlamentində britaniyalı jurnalistin Ermənistan-Azərbaycan münaqişəsi barədə yazdığı kitabın təqdimatı olacaq

12.06.2014

Britaniyalı jurnalist, Sülh və Müharibə İnstitutunun Qafqaz proqramının rəhbəri Tomas de Vaal Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən yeni kitab nəşr etdirib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, rus dilində nəşr olunan kitab “Qara bağ. Ermənistan və Azərbaycan sülh və müharibə şəraitində” adlanır.

Moskvada nəşr olunan kitab 19 fəsildən ibarətdir. Kitabda Qarabağla bağlı tarixi xronoloji ardıcıllıqla Azərbaycanda baş verən hadisələr, seçkilər, Ermənistan və Azərbaycan rəhbərlərinin rəsmi səfərlər zamanı qatıldıqları tədbirlərin tarixi, Cənubi Qafqazda həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr və digər siyasi-iqtisadi tədbirlər haqqında tarixi xronologiya yer alıb.

Kitabda Dağlıq Qarabağ münaqişəsinin səbəblərindən bəhs edilir. Müəllif bu kitabı yazarkən sənədlərdən, erməni və azərbaycanlı siyasətçilərdən, qanlı münaqişə iştirakçılarından aldığı müsahibələrdən istifadə edilib.

Kitab tarix mütəxəssisləri və Qafqazın tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitab Avropa Birliyinin maliyyə dəstəyi ilə 3000 tirajla nəşr olunub.