İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Davudoğlu: İƏT ölkələri Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləməlidirlər

Davudoğlu: İƏT ölkələri Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləməlidirlər

14.04.2016

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanı dəstəkləməlidirlər.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, regiondakı son hadisələr tələb edir ki, İƏT ölkələri Dağlıq Qarabağ məsələsində vahid mövqedən çıxış etsinlər.

Qeyd edək ki, aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammiti işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.