İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Putin: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır

Putin: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır

14.04.2016

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək üçün hər şey edəcək, çünki Moskva bu problemin həllində maraqlıdır. Trend-in "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, kompromis tapılmalıdır: "Bir neçə il əvvəl mənə elə gəlirdi ki, demək olar, bu problemin həllinə yaxınlaşmışıq, lakin belə olmadı".

V.Putinin sözlərinə görə, bu, çox həssas mövzudur: "Bu mövzuya "ziyan vurma" prinsipi üzrə yanaşmaq lazımdır. Rusiya milli strukturlar çərçivəsində və ikitərəfli qaydada bu problemin həlli üzərində işləməyi və bu problemin nizamlanması üzrə fəaliyyətini davam etdirəcək".

O, əlavə edib ki, burada siyasi vasitələrin köməyi ilə tapılmalı olan uzunmüddətli həllər lazımdır: "Kim nə desə də, Rusiya bu məsələnin həllində maraqlıdır. Biz Azərbaycan və Ermənistanla dolğun işləmək istəyirik. Rusiyada milyonlarla azərbaycanlı və erməni yaşayır. Lakin yekun qərarı Azərbaycan və Ermənistan xalqları verməlidir".