İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Avropa Komissiyasının sədri: “Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunması üçün əlindən gələni etməlidir”

Avropa Komissiyasının sədri: “Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunması üçün əlindən gələni etməlidir”

14.06.2014

“Status-kvo uzun müddət davam edə bilməz. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq prinsiplər əsasında həllinə nail olunması üçün əlindən gələni etməlidir”.

APA-nın xəbərinə görə, bunu Avropa Komissiyasının sədri Joze Manuel Barozzu ADA Universitetində “Avropa Birliyi -Azərbaycan: Yeni imkanlar və çağırışlar” mövzusunda çıxışı zamanı deyib.

J.M.Barrozu vurğulayıb ki, Dağlıq Qarabağ problemi Azərbaycan üçün ağrılı məsələdir. “Atəşkəs rejiminin əldə olunmasından 20 il keçsə də, hələ də sülh əldə olunmayıb. Biz tərəflərin sülhə nail olmasına istəyirik və ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyətini dəstəkləyirik. Biz əlimizdən gələni etməliyik ki, beynəlxalq prinsiplər əsasında bu məsələnin həllinə nail olaq”.

Avropa Birliyinin Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşdığını deyən Barrozu, tərəfdaşlığın sülh və rifaha əsaslandığını qeyd edib. Komissiya sədri bildirib ki, Qarabağ münaqişənin həll edilməməsində Avropa Birliyini günahlandırmaq doğru deyil. J.M. Borrozu əlavə edib ki, bu münaqişə digər qüvvələr tərəfindən yaradılıb.