İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənistanın son döyüşlərdə verdiyi itkiləri gizlətdiyi rəqəmlərlə təsdiq olunur: 322 ölü, 500-dən çox yaralı, 50-dən çox itkin

Ermənistanın son döyüşlərdə verdiyi itkiləri gizlətdiyi rəqəmlərlə təsdiq olunur: 322 ölü, 500-dən çox yaralı, 50-dən çox itkin

15.04.2016

Aprelin 2-dən 5-dək Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən döyüş toqquşmalarında erməni tərəfi açıqladığından daha çox itki verib.

APA-nın erməni mətbuatı və sosial şəbəkələrdə apardığı monitorinqlərdən aydın olur ki, itkilər və yaralılar açıqlanan rəqəmlərdən qat-qat çoxdur.

Erməni tərəfi indiyədək 100-dək ölü itkisi verdiyini açıqlasa da, real ölü sayı 322, yaralı sayı 500-dən, itkin isə 50-dən çoxdur.   

Ermənistan rəhbərliyi döyüşdə məhv edilmiş hərbçilərinin dəqiq sayını gizlətmək üçün onların bir qismini “itkin düşmüş” elan edib, onların bir hissəsi basdırılıb, digər hissəsi isə qeyri-döyüş itkisi kimi və “aprelin 5-dən sonra atışmalarda ölənlər” kimi təqdim olunur.

Bu rəqəmləri əks etdirən məlumatlar Ermənistan mətbuatında verilsə də, sonradan məlumatlar silinib və yayımı qadağan edilib.

Bəzi məlumatlara görə, döyüş vaxtı bəzi erməni hərbçilər fərarilik edərək İrana qaçıb. Onların da adı “itkin düşənlər”in siyahısına daxil edilib.

“İtkin” kimi təqdim olunanların bəzilərinin gizli basdırıldığı, qalanların morqda olduğu və hissə-hissə çıxarılaraq ailələrinə verilərək, bu barədə ictimaiyyətə məlumat açıqlandığı bildirilir.