İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Xanlar Vəliyev: Ermənilər mülki əhaliyə qarşı zorakılıq, döyüş meydanındakı meyitlərə hörmətsizlik ediblər

Xanlar Vəliyev: Ermənilər mülki əhaliyə qarşı zorakılıq, döyüş meydanındakı meyitlərə hörmətsizlik ediblər

15.04.2016

Erməni silahlı birləşmələri aprelin 2-dən 5-dək cəbhə bölgəsində törətdiyi təxribat zamanı döyüş meydanında qalmış meyitlərə qarşı zorakılıq və hörmətsizlik ediblər.

Trend-in məlumatına görə, bunu aprelin 15-də Müdafiə Nazirliyində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan Baş prokurorunun müavini - Azərbaycanın Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

X.Vəliyev Ermənistan hakimiyyətində təmsil olunan şəxslərin Azərbaycan torpaqlarının işğalında və törədilən ağır cinayətlərdə iştirakı, son döyüş əməliyyatları zamanı erməni hərbçilərin silahlı münaqişələr hüququnu pozaraq azərbaycanlı mülki əhaliyə qarşı zorakılığı, döyüş meydanında qalmış meyitlərə olan hörmətsizlik, o cümlədən digər fakt və dəlilləri qonaqların diqqətinə çatdırıb.