İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsində status-kvo daimi deyil, münaqişə həllini tapmalıdır

Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsində status-kvo daimi deyil, münaqişə həllini tapmalıdır

16.04.2016

Dağlıq Qarabağ münaqişəsində status-kvo daimi deyil və münaqişənin siyasi həlli tapılmalıdır. Bu barədə Trend-ə eksklüziv olaraq Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber deyib.

"Qoşunların təmas xəttində son hadisələr status-kvonun nə qədər daimi olmadığını və münaqişənin həllini tapmaq lazım olduğunu göstərir", - deyə Salber bildirib.

Onun sözlərinə görə, Aİ ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin münaqişənin həllində səylərini dəstəkləyir. Salber həmçinin tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırıb.

Münaqişənin həlli ilə bağlı Rusiyanın təklifinə gəlincə, Salber bildirib ki, bu barədə məlumatı yoxdur: "Əgər düz başa düşdümsə, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu təklifi dəstəkləyir və biz bunu müsbət qiymətləndiririk. Ümid edirik ki, danışıqlar ATƏT-in Minsk Qrupu çərçivəsində irəliləyişə gətirib çıxaracaqdır"

ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsi barədə danışarkən, Salber bildirib ki, formatın dəyişmək lazım olduğunu düşünmür. "Hər hansı format dəyişikliyi bütün ATƏT-in razılığını tələb edir və mən şübhə edirəm ki, belə bir razılıq alınacaq "- deyə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bildirib.