İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

"Google maps"da Azərbaycana qarşı təxribata yol verilib

19.06.2014

Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan digər ərazilərinin adı erməni dilində "Dağlıq Qarabağ Respublikası" kimi göstərilib. “Beynəlxalq axtarış sistemi olan "Google"nin "Google maps" xəritəsində Azərbaycana qarşı daha bir təxribata yol verilib”.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən APA-ya verilən məlumata görə, iyunun 18-dən etibarən xəritədə Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan ərazilərinin adı erməni dilində "Dağlıq Qarabağ Respublikası" kimi göstərilib. Respublika Seysmoloji Xidmət Mərkəzi bəyan edib ki, mərkəz öz rəsmi saytında əksər ölkələrin seysmoloji təşkilatları kimi Google Maps-ın xəritəsindən istifadə edir: “Beynəlxalq axtarış sistemi tərəfindən Azərbaycan Respublikasına və onun ərazilərinə qarşı bu cür təxribatların edilməsi bizi ciddi narahat edir və xəritədə ölkəmizə qarşı bu cür təxribat xarakterli dəyişikliklər edilməsi RSXM tərəfindən qəti şəkildə pislənir”.

O da qeyd edilib ki, bu  "Google" tərəfindən edilən birinci təxribat deyil: “Bundan əvvəl də belə hallar baş verib və tərəfimizdən təkidli müraciətlərdən sonra xəritədən Azərbaycan ərazilərinin erməni dilində göstərilməsi çıxarılmışdı.

Təəssüf hissi ilə bildirmək istəyirik ki,  "Google" tərəfindən vaxtaşırı olaraq bu cür təxribatlara yol verilir”.