İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Səməd Seyidov: Ermənistanın Azərbaycana qarşı cinayətkar təxribatının vaxtı təsadüfi seçilməmişdi

Səməd Seyidov: Ermənistanın Azərbaycana qarşı cinayətkar təxribatının vaxtı təsadüfi seçilməmişdi

18.04.2016

Trend:

Ermənistanın Azərbaycana qarşı cinayətkar təxribatının vaxtı təsadüfi seçilməmişdi. Həmin dövr Azərbaycanın Qərblə münasibətlərini möhkəmləndirdiyi vaxta təsadüf edir.

Trend-in Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) saytına istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Strasburqda AŞ PA-nın yaz sessiyasında çıxış edərkən deyib.

O bildirib: "Təcavüzkara göz yumsaq, daha böyük faciələrin şahidi olacağıq".

S.Seyidov qeyd edib ki, Dağlıq Qarabağda və digər işğal edilmiş ərazilərdə aparılmış etnik təmizləmə ona gətirib çıxardı ki, orada heç bir nəfər də azərbaycanlı yaşamır: "Ancaq Azərbaycanda 30 000 erməni yaşayır və bu ondan xəbər verir ki, iki xalqın sülh şəraitində yaşaya bilməyəcəyini göstərməyə yönəldilmiş bütün təxribatlar əsassızdır".