İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinə bütün mümkün köməyi göstərməyə hazırdır

XİN: Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinə bütün mümkün köməyi göstərməyə hazırdır

20.04.2016

Rusiya beynəlxalq vasitəçi qismində Dağlıq Qarabağ münaqişəsi tərəflərinə bütün mümkün köməyi göstərməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Yerevana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq.

M.Zaxarova qeyd edib ki, hazırda təmkin göstərmək və sabitliyə qayıtmaq lazımdır: "Tərəflər möhkəm nizamlanmanın əldə edilməsinə yönəldiləcək danışıqlar prosesini bərpa etməlidirlər. Əldə edilmiş razılaşmalar əsasında hərbi risklərin azaldılması üzrə işləri fəallaşdırmaq önəm kəsb edir".