İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Çavuşoğlu: “Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması qəbuledilməzdir”

Çavuşoğlu: “Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması qəbuledilməzdir”

22.04.2016

“Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması qəbuledilməzdir”.

APA-nın “haberler.com” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Beynəlxalq gənc diplomatlar təhsil proqramı” çərçivəsində gənc diplomatlara görüşündə deyib. “Dağlıq Qarabağda atəşkəsin pozulmasına şahid olduq. Təəssüf ki, Ermənistan atəşkəsi pozdu. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması qəbul edilə bilməz”, - deyə o, söyləyib.