İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Polşalı diplomat: "Ermənistan Azərbaycan torpaqlarının 20 faizini tutub"

Polşalı diplomat:

23.04.2016

"Biz anlayırıq ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini tutub ". 
 
APA-nın məlumatına görə, bunu Polşanın Azərbaycandakı səfirliyinin konsulu Anjey Yankovski (Andrzej Jankowski) deyib. 
 
Diplomat hesab edir ki, Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq lazımdır: "Biz diplomatlar hesab edirik ki, bu münaqişə hər iki tərəfin də iştirakı ilə diplomatik yolla həll olunmalı, normal yaşayış təmin edilməlidir". 
 
A. Yankovski Azərbaycan və Polşa arasında münasibətlərin inkişaf etdiyini, bu əlaqələrin iqtisadiyyatın bütün sahələrini əhatə etməsinə çalışdıqlarını deyib.