İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Prezident İlham Əliyev və BMT-nin baş katibi Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Prezident İlham Əliyev və BMT-nin baş katibi Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

23.04.2016

Aprelin 23-də BMT-nin baş katibi Pan Gi Mun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Trend Prezidentin mətbuat xidmətinə istinadən məlumat verir ki, Birləşmiş Millətlər Təşkilatının baş katibi Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda müəyyən qlobal hadisələr səbəbindən iştirak edə bilməyəcəyi ilə bağlı təəssüfləndiyini bildirib, Forumun işinə uğurlar arzulayıb və tədbir zamanı videomüraciətini səbirsizliklə gözlədiyini söyləyib.

Prezident İlham Əliyev telefon zənginə görə minnətdarlığını bildirib, ölkəmizin BMT ilə uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib.

Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub.