İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

MN: Düşmən hücumunun qarşısı alınarkən onun bir döyüş tankı məhv edilib

MN: Düşmən hücumunun qarşısı alınarkən onun bir döyüş tankı məhv edilib

24.04.2016

Cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozub.

Ağdərə istiqamətinə əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 23-ü axşam saatlarından başlayaraq mövqelərimizi və Tərtər rayonunun təmas xəttinə yaxın bəzi yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfi 122 millimetrlik D-30 haubitsalarından da istifadə etməklə mövqelərimiz istiqamətində 20-dək mərmi atıb.

Trend Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, cəbhənin bu istiqamətdə düşmənin hərbi aktivliyinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin bölmləri tərəfindən dərhal əməliyyat tədbirləri həyata keçirilib.

Aprelin 24-də gecə saatlarında düşmən təmas xəttinə cəmləşdirdiyi tankları atəş xəttinə çıxararaq mövqelərimiz istiqamətində atəş açıb və əlavə qüvvələrin dəstəyi ilə hücuma keçməyə cəhd göstərib. Mövqelərimizə yaxınlaşmaq istəyən düşmən tanklarının qarşısı atəşlə alınıb və bir ədəd döyüş tankı heyətlə birlikdə məhv edilib. Bundan dərhal sonra ermənilər Ağdərə istiqamətində geri çəkilməyə məcbur edilib.

Ermənilərin Madagiz hərbi bazası ətrafında yerləşən artilleriya qurğularına da cavab zərbələrindən sonra qarşı tərəf tam susdurulub.

Bölmələrimiz heç bir itki verməyib. Silahlı Qüvvələrimiz əməliyyat şəraitinə və düşmənin hərəkətlərinə tam nəzarət edir.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində təxribatlar törətməklə düşmən Azərbaycan tərəfini aktiv hərbi əməliyyatlara təhrik etmyə çalışır. Bu cür hadisələr zamanı baş verənlərə görə bütün məsuliyyət Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür.