İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Müdafiə Nazirliyi: Hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq

Müdafiə Nazirliyi: Hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq

24.04.2016

"Münaqişənin sülh yolu ilə yeganə həlli işğal olunmuş ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasıdır"

Müdafiə Nazirliyi Ermənistan müdafiə naziri Seyran Ohanyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana güzəştə getməyəcəkləri barədə mülahizələrinə cavab verib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə,  S.Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq.

Müdafiə Nazirliyi bəyan edib ki, münaqişənin sülh yolu ilə  yeganə həlli işğal olunmuş ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin birdəfəlik və qeyd-şərtsiz çıxarılmasıdır: "Əks təqdirdə Azərbaycan xalqının təkidi, Ali Baş Komandanın əmri və ordumuzun qüdrəti ilə işğal olmuş torpaqlarımız düşməndən azad ediləcək, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunacaq".