İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Çavuşoğlu: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir

Çavuşoğlu: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir

26.04.2016

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, qeyd edib ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir: "Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz aydındır. Biz həmişə Azərbaycanın yanındayıq. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Dağlıq Qarabağ münaqişəsi, yəni Azərbaycan torpaqlarının işğalı məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir".