İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

MN: Vəziyyətdən bixəbər Levon Mnaçakanyan nə dediyini heç özü də anlamır

MN: Vəziyyətdən bixəbər Levon Mnaçakanyan nə dediyini heç özü də anlamır

08.05.2016

Vəziyyətdən bixəbər Levon Mnaçakanyan nə dediyini heç özü də anlamır.

Müdafiə Nazirliyi Mətbaut Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, "Ehtiyac olduğu halda Azərbaycan ərazisindəki strateji və hərbi obyektlərə, eləcə də aerodromlara zərbə vurmağa hazır" olmaları barədə cəfəng ideya ilə çıxış edən qondarma "Dağlıq Qarabağ respublikası"nın əldəqayırma "müdafiə naziri" Levon Mnaçakanyanın fikirlərinə şərh vermək belə yersizdir.

"Ona yalnız Azərbaycan xalqının atalar sözünü xatırlatmaq yerinə düşər. "İtdən soruşurlar ki, niyə hürürsən? Deyir qorxuzuram! Soruşurlar quyruğun niyə əsir? Deyir: özüm də qorxuram. Hazırda Ermənistandakı hərbi-siyasi rejimi idarə edənlər məhz elə itlərin günündədir", -deyə Nazirliyin məlumatında bildirilir.