İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Hazırda 3801 Azərbaycan vətəndaşı Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş kimi qeydiyyatdadır

Hazırda 3801 Azərbaycan vətəndaşı Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş kimi qeydiyyatdadır

09.05.2016

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı 6 mindən çox Azərbaycan vətəndaşının itkin düşdüyü, əsir və girov götürüldüyü müəyyən olunub”.

APA-nın xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov Prezident yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində” adlı konfransda çıxışı zamanı deyib. O bildirib ki, 1435 nəfər Azərbaycan vətəndaşını əsir və girovluqdan azad etmək mümkün olub. 

E. Səmədov qeyd edib ki, hazırda dövlət komissiyasında 3801 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır: “Bunlardan 3094 nəfəri hərbçi, 707 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 61 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmayan uşaqlar olub”.

E. Səmədov əlavə edib ki, Ermənistan tərəfindən əsir və girov götürülən Azərbaycan vətəndaşları alver predmetinə çevrilib: “69 nəfər Azərbaycan vətəndaşı böyük miqdarda pul ödənilməklə əsir və girovluqdan azad edilib. Eyni zamanda, 107 nəfər əsirlikdə olarkən məxfi əməkdaşlığa cəlb olunub”.