İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Səməd Seyidov: “Ermənistan danışıqlar prosesini pozmaq niyyətindədir”

Səməd Seyidov: “Ermənistan danışıqlar prosesini pozmaq niyyətindədir”

10.05.2016

“Ermənistan bütün vasitələrlə danışıqlar prosesini pozmaq niyyətindədir”

APA-nın xəbərinə görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəriSəməd Seyidov deyib. O bildirib ki, Ermənistan istəsə də, istəməsə də, danışıqlar status-kvonun dəyişməsinə gətirib çıxaracaq: “Masamızın üstündə 4 qətnamə və bütün beynəlxalq müşahidəçilərin, bu prosesdə iştirak edən şəxslərin status-kvonun dəyişdirilməsi ilə bağlı bəyanatları var. Buna yol verməmək, prosesi dayandırmaq üçün Ermənistan əlindən gələni edir”.