İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Tərtərdə kimyəvi tərkibli top mərmisi tapılıb

Tərtərdə kimyəvi tərkibli top mərmisi tapılıb

11.05.2016

Tərtərdə kimyəvi tərkibli top mərmisi aşkar edilib. Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən bildiriblər.

Mayın 10-da Agentlik tərəfindən Tərtər, Füzuli, Ağcabədi və Goranboy rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat:

Tərtər rayonu

Qarağacı kəndi - 2 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 152 mm-lik top mərmisi aşkar edilib, gün ərzində 28 000 kv.m ərazi yoxlanılıb.

Qazyan kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 2 500 kv.m ərazi yoxlanılıb.

Əskipara kəndi - əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd ağ fosforlu 122 mm-lik top mərmisi aşkar edilib, 20 kv.m ərazi yoxlanılıb. Sursatın zərərsizləşdirmə əməliyyatları sabah davam edəcək.

Cəmi: Gün ərzində 3 ev və həyətyanı sahələrdə, 1 əkin sahəsində 6 partlayış yerinə baxış keçirilib, 30 520 kv.m ərazi yoxlanılıb, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi (ağ fosforlu) və 1 ədəd 152 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb.

Goranboy rayonu

Tapqaraqoyunlu kəndi - 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 900 kv.m ərazi yoxlanılıb, heç bir PHS aşkar olunmayıb.

Ağcabədi rayonu

Qaraxanlı kəndi - 1 ev və həyətyanı sahədə, 1 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 11 000 kv.m ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb.

Füzuli rayonu

Şükürbəyli kəndi - 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 464 kv.m ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb.


Mayın 10-da 4 ev və həyətyanı sahədə, 6 otlaq sahəsi daxil olmaqla 12 partlayış yerinə baxış keçirilib, 2 ədəd (1 ədəd 122 mm-lik top mərmisi (ağ fosforlu) və 1 ədəd 152 mm-lik top mərmisi) partlamamış hərbi sursat aşkar edilib. Gün ərzində 42 884 kv.m ərazi təmizlənib.

Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 10 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 457 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 419 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.