İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Səfir: ABŞ kütləvi qırğın silahlarının yayılması və tətbiqinin əleyhinədir

Səfir: ABŞ kütləvi qırğın silahlarının yayılması və tətbiqinin əleyhinədir

11.05.2016

ABŞ kütləvi qırğın silahlarının yayılması və tətbiqinin qəti əleyhinədir, o cümlədən də nüvə silahının. Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Yerevanın nüvə silahının yaradılması haqqında bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, 31 mart-1 aprel tarixində ABŞ-da keçirilmiş nüvə sammitində həm Prezident İlham Əliyev, həm də Serj Sarkisyan iştirak edib: "Bu sammitdə ABŞ Prezidenti Barak Obamanın diqqət ayırdığı əsas məqam nüvə silahlarının yayılmasının qarşısının alınması idi. Sammitdəki mövqeyimiz bir daha göstərir ki, biz harada olmasına baxmayaraq, nüvə silahının tətbiqinin əleyhinəyik. Bu bizim rəsmi mövqeyimizdir".

R.Sekuta əlavə edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərini yenidən danışıqlar masası arxasına oturmağa çağırır: "Mən, eləcə də həmsədr (Ceyms) Uorlik dəfələrlə bəyan etmişik ki, tərəflər yenidən danışıqlar masası arxasına oturmalıdırlar və biz onları geniş hərtərəfli sülh müqaviləsini bağlamağa çağırırıq. Biz hesab edirik ki, bu vacibdir".