İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Elmar Məmmədyarov: Ermənistan beynəlxalq ictimaiyyətin işğala son qoymaq çağırışlarına məhəl qoymur

Elmar Məmmədyarov: Ermənistan beynəlxalq ictimaiyyətin işğala son qoymaq çağırışlarına məhəl qoymur

12.05.2016

Ermənistan beynəlxalq ictimaiyyətin işğala son qoymaq çağırışlarına məhəl qoymur.

Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, bunu Xarici işlər naziri E.Məmmədyarov Almaniyaya işgüzar səfəri çərçivəsində Alman Xarici Siyasət Cəmiyyətində Azərbaycanın xarici siyasətinə dair etdiyi məruzəsində deyib.

Məlumatda bildirilir ki, nazir E.Məmmədyarov bu ölkənin beynəlxalq məsələlər üzrə aparıcı beyin mərkəzlərindən olan Alman Xarici Siyasət Cəmiyyətində "Azərbaycan və onun qonşuluğu. Xarici və təhlükəsizlik siyasətinin çağırışları" başlıqlı geniş məruzə ilə çıxış edib.

Nazir E.Məmmədyarov çıxışında Azərbaycanın regionda sabitliyin, inkişafın, regional əməkdaşlığın və beynəlxalq tərəfdaşlığın təmin edilməsində rolu, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı regional layihələrin iqtisadi və geosiyasi əhəmiyyəti, Azərbaycanın tarazlaşdırılmış xarici siyasəti, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi barədə geniş məlumat verib.

Nazir E.Məmmədyarov beynəlxalq təşkilatların münaqişə ilə bağlı müvafiq qətnamə və qərarlarını qeyd edərək, Ermənistanın beynəlxalq ictimaiyyətin işğala son qoymaq çağırışlarına məhəl qoymadığını, əksinə son zamanlar cəbhə xəttinə yaxın yerləşən azərbaycanlı mülki əhaliyə qarşı hücumları artırdığını və beynəlxalq humanitar hüquq normalarını açıq-aşkar pozduğunu bildirib. Nazir son zamanlar Ermənistanın təxribat xarakterli bəyanatlar verdiyini də diqqətə çatdırıb.

Sonra nazir E.Məmmədyarov tədbir iştirakçılarının suallarını cavablandırıb.

Bütövlükdə 150-yə qədər iştirakçının qatıldığı tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin və Almaniya Bundestaqının deputatları, Almaniyanın dövlət orqanlarının təmsilçiləri, bu ölkənin siyasi, elm və mədəniyyət xadimləri, xarici ölkə diplomatları, mətbuat təmsilçiləri və tələbələr iştirak ediblər.