İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ üzrə yüksək səviyyəli görüşün keçirilməsinə çağırır

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ üzrə yüksək səviyyəli görüşün keçirilməsinə çağırır

12.05.2016

ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsinə çağırır.

Trend-in məlumatına görə, bu barədə ATƏT-in saytında yayılan bəyanatda deyilir.

Məlumatda qeyd ediir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına tam sadiq olaraq qalırlar.

Bəyanatda bildirilıir ki, gərginliyi azaltmaq üçün (qoşunların təmas xəttində) Azərbaycan və Ermənistan prezidentlətinin görüşünün vaxtı çatıb. Həmsədr ölkələrin XİN rəhbərləri gələn həftə Vyanada görüşün təşkilinə kömək etməyə hazırdırlar.

Bəyanatda danışıqlar prosesinin vacibliyi vurğulanır və qeyd edilir ki, göstərilən münaqişənin hərbi həll yolu yoxdur.