İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Aİ Ermənistana nüvə silahının yayılmaması haqqında müqaviləni xatırladıb

Aİ Ermənistana nüvə silahının yayılmaması haqqında müqaviləni xatırladıb

12.05.2015

Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin nümayəndəsi Mayya Kosyançiç Ermənistana nüvə silahının yayılmaması haqqında müqavilənin imzalanmasından sonra ölkənin üzərinə götürdüyü öhdəlikləri xatırladıb.

M.Kosyançiç Trend-ə bildirib ki, Aİ Ermənistanın nüvə silahının yayılmaması haqqında müqavilə üzrə sazişdən çıxması ilə bağlı məlumata malik deyil: "Ermənistan 1993-cü ildən nüvə silahının yayılmaması üzrə sazişin iştirakçısıdır, 1997-ci ildə isə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə sazişin yerinə yetirilməsi üzrə təminatlar haqqında əlavə protokol imzalayıb".

O əlavə edib ki, bu sazişin bütün iştirakçıları Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən mütəmadi yoxlamalardan keçirlər.