İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsi “Dağlıq Qarabağa yardım” ifadəsini 2015-ci ilin dövlət və xarici əməliyyatlar təxsisatları qanunundan çıxarmışdır

ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsi “Dağlıq Qarabağa yardım” ifadəsini 2015-ci ilin dövlət və xarici əməliyyatlar təxsisatları qanunundan çıxarmışdır

26.06.2014

ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin yaydığı məlumatda bildirilir ki, iyunun 24-də komitə 2015-ci il üçün nəzərdə tutulan büdcəsinə dair dəyərləndirmə keçirmiş, dövlət və xarici əməliyyatlar təxsisatları qanununu təsdiq etmişdir.

Dəyərləndirmə zamanı bildirilmişdir ki, 2015-ci il üçün nəzərdə tutulan xarici yardım 48,3 milyard dollar təşkil edəcək ki, bu da 2014-cü ildəkindən 708 milyon dollar və ABŞ Prezidentinin 2015-ci il üçün tələb etdiyi məbləğdən 277 milyon dollar azdır.

Azərbaycan üçün müsbət məqam ondan ibarətdir ki, Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin qanun layihəsinin mətnində əvvəlki illərdə qeyd olunmuş “Dağlıq Qarabağ münaqişəsi qurbanlarına yardım” ifadəsi 2015-ci il üçün nəzərdə tutulan qanun layihəsindən çıxarılmışdır.

Erməni lobbisi hər il ABŞ Konqresinin Təxsisatlar Komitəsinə Dağlıq Qarabağ regionuna 5 milyon dollar məbləğində yardımın ayrılmasını təklif edir. Lakin Azərbaycan tərəfinin səyləri nəticəsində erməni lobbisinin və ermənipərəst konqresmenlərin təklif etdiyi məbləğ qəbul edilməmişdir. Həmçinin 2014-cü ilə qədər istifadə olunmuş ifadə də aradan qaldırılmışdır.