İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Qondarma “DQR”-in tanınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentinin komissiyasında müzakirə olunacaq

Qondarma “DQR”-in tanınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentinin komissiyasında müzakirə olunacaq

15.05.2016

Mayın 16-da qondarma  “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentinin xarici əlaqələr komissiyasında müzakirə olunacaq. APA-nın xəbərinə görə, bu barədə “Panorama.am” saytına komissiyanın sədri Artak Zakaryan bildirib.

“Komissiyanın qanun layihəsinə verəcəyi rəy parlamentə təqdim olunacaq”, - deyə  Zakaryan bildirib.

Reqlamentə əsasən, qanun layihəsi parlamentdə daxil olduqdan sonra o, parlamentin dördgünlük iclaslarının gündəliyi layihəsinə daxil edilir. Reqlament parlamentə üç qərardan birini qəbul etməyə icazə verir: gündəliyə daxil etmək, imtina etmək və təxirə salmaq.  

Qeyd edək ki,  Ermənistan hökuməti mayın 5-də “DQR”-in tanınması ilə bağlı qanun layihəsinə rəy verərək sənədi parlamentə göndərib.

Layihənin müəllifləri müxalifətçi deputatlar Zarui Postancyanla Qrant Baqratyandır.

Ermənistan XİN rəhbərinin müavini Şavarş Köçəryan mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycan hərbi əməliyyatlara başlayacağı təqdirdə layihə İrəvanda gündəliyə daxil ediləcək.