İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənistan hökuməti Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimi tanımaqdan imtina edib

Ermənistan hökuməti Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimi tanımaqdan imtina edib

16.05.2016

Ermənistan hökuməti iki deputatın təşəbbüs göstərdiyi Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin tanınması haqqında qanun layihəsilə bağlı müsbət rəy verməyib.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, ölkənin xarici işlər nazirinin müavini Şavarş Koçaryan parlamentin Beynəlxalq münasibətlər komissiyasında adı çəkilən qanun layihəsinin müzakirəsində qeyd edib ki, hazırkı mərhələdə bu, məqsədəuyğun deyil, çünki danışıqlar prosesinə mane ola bilər.