İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Fiorello Provera: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal geri qaytarmalıdır”

Fiorello Provera: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal geri qaytarmalıdır”

27.06.2014 

“Azərbaycanın əyalətləri Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan tərəfindən işğal altına düşüb”.

APA – nın məlumatına görə, bunu Azərbaycan Diplomatik Akademiyasında keçirilən tədbirdə Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin keçmiş vitse prezidenti Fiorello Provera bildirib.

Ermənistanı işğalçılıq siyasətinə görə qınayan F.Provera qeyd edib ki, bu münaqişə dərhal həll olunmalı, Azərbaycanın əraziləri geri qaytarılmalıdır: “Axı bir dövlət güc yolu ilə necə müdaxilə edib başqa bir dövlətin ərazisini tuta bilər? Bu qətiyyən qeyri etikdir”. Senator bildirib ki, bu münaqişəyə baxmayaraq Azərbaycan güclü inkişaf yolu keçib ki, bu təqdirəlayiqdir: “Hesab edirəm bu, Azərbaycan üçün böyük imkanlar verir”.