İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan prezidenti: “Etimadın bərpası üçün Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır”

Azərbaycan prezidenti: “Etimadın bərpası üçün Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır”

28.06.2014

“Ermənilər bir dəfə öz müqəddəratlarını müəyyən ediblər, niyə ikinci dəfə Azərbaycan torpaqlarında ikinci dövlət yaratmalıdırlar?

“Avropa ilə əməkdaşlıq Azərbaycan üçün prioritetdir. Eyni zamanda digər beynəlxalq təşkilatlarla, dövlətlərlə əlaqə qurmuşuq”.

APA-nın məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının Bakıda keçirilən sessiyasının açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın xarici siyasətində ən böyük uğurlarından biri 2 il əvvəl BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi olub: “Bu, ölkəmizin ən böyük siyasi qələbəsidir”.

Azərbaycanın hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyini bildirən prezident İ. Əliyev deyib ki, əsas məsələ beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsidir: “BMT Təhlükəsizlik Şurasının elə qətnamələri var ki, bir neçə saat ərzində həyata keçirilir, elə qətnamələri də var ki, 20 ildir, kağız üzərində qalıb. Azərbaycana münasibətdə də belə qətnamələr var və bu, Azərbaycan xalqını narahat edir. Bunun nəticəsində həmin beynəlxalq təşkilatlara etimad azala bilər. Biz 20 ildir, erməni təcavüzündən əziyyət çəkirik. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və 20 ildir, erməni işğalı altındadır. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçiriblər. Onların törətdikləri Xocalı soyqırımı dünyanın bir sıra ölkəsində tanınıb”.

BMT-nin, ATƏT-in Azərbaycanın işğal olunmuş torpaqları, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarlarına Ermənistanın məhəl qoymadığını söyləyən dövlət başçısının sözlərinə görə, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatların da məhəl qoymur: “Həmsədrlər bildirirlər ki, status-kvo dəyişməlidir. Yəni torpaqlar işğaldan azad edilməlidir. Ermənistan buna məhəl qoymur. Münaqişənin ərazi bütövlüyünə əsaslanaraq həlli ilkin şərtdir. Öz müqəddəratını etməyə gəlinə, Helsinki prinsiplərinə görə bu, ərazi bütövlüyünə zidd olmamalıdır. Ermənilər bir dəfə öz müqəddəratlarını müəyyən ediblər, niyə ikinci dəfə Azərbaycan torpaqlarında ikinci dövlət yaratmalıdırlar? Axı indiki Ermənistan da Azərbaycan ərazisində yaradılıb”.

ATƏT-in faktaraşdırıcı missiyalarının işğal olunmuş ərazilərdə tarixi-mədəni abidələrinin dağıdıldığının əksini tapdığını nəzərə çatdıran prezident İ. Əliyev vurğulayıb ki, etimadın bərpa olunması üçün Ermənistan qoşunlarını işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmalıdır”.