İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Bahar Muradova: “Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad edilməsi üçün hələ də ciddi addım atılmayıb”

Bahar Muradova: “Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad edilməsi üçün hələ də ciddi addım atılmayıb”

20.05.2016

Milli Məclis sədrinin müavini Bahar Muradova Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisinin rəhbəri Yelena Aymone Sessera ilə görüşüb.

Milli Məclisdən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın bütün beynəlxalq təşkilatlarla, o cümlədən BQXK ilə əməkdaşlığa böyük önəm verdiyini deyən B. Muradova bildirib ki, bu əməkdaşlıq həm təşkilatın dəyərlərinə, həm də Azərbaycanın maraqlarına uyğun şəkildə davam edir.

O qeyd edib ki, Ermənistanla təmas xəttində yaşayan Azərbaycan vətəndaşlarının problemlərinin həllində BQXK-nın göstərdiyi səylər təqdirəlayiqdir. 

B. Muradova ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələyə toxunaraq, bu istiqamətdə BQXK-nın Bakı ofisi ilə birgə göstərilən səylərin daha da artırılmasının vacib olduğu vurğulayıb: “ Təəssüflər olsun ki, onların azad edilməsi üçün hələ də ciddi addım atılmayıb”.

Y. Sessera isə Azərbaycanla faydalı əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib. O bildirib ki, BQXK münaqişə zonasında yaşayan insanlara köməklik göstərməyə həmişə hazırdır. Y. Sessera Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə həyata keçirdikləri müxtəlif layihələri, ANAMA-nın münaqişə zonasındakı səmərəli fəaliyyətini yüksək qiymətləndirib.