İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Medvedev: Dağlıq Qarabağda münaqişəni yekun həll etmək vacibdir

Medvedev: Dağlıq Qarabağda münaqişəni yekun həll etmək vacibdir

20.05.2016

Rusiyanın Baş naziri Dmitri Medvedev Dağlıq Qarabağda sülhün qorunmasının və bu məsələnin yekun nizamlanmasına nail olmağın vacibliyini bəyan edib. Rusiya buna yardım etməyə davam edəcək.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu məsələ D.Medvedevin Yerevanda Ermənistan Prezidenti Serj Sarkisyanla görüşündə müzakirə edilib.

D.Medvedev qeyd edib ki, Rusiya Dağlıq Qarabağda hadisələrin inkişafını narahatlıqla izləyib və gücü çatdığı qədər mövcud vəziyyətin həllinə kömək edib: "Əldə edilmiş atəşkəsin qorunması vacibdir".

D.Medvedev regionda daha möhkəm sülhə doğru addımları və Dağlıq Qarabağ münaqişəsinin yekun nizamlanmasının vacibliyini qeyd edib: "Rusiya bu mürəkkəb münaqişənin həllinə kömək edib və edəcək".