İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ərdoğan: “Minsk Qrupunun Qarabağ problemini 25 il ərzində nizamlaya bilməməsini anlamıram”

Ərdoğan: “Minsk Qrupunun Qarabağ problemini 25 il ərzində nizamlaya bilməməsini anlamıram”

24.05.2016

Minsk Qrupunun Qarabağ problemini nizamlaya bilməməsini anlamıram.  APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının 14-15 aprel tarixlərində İstanbulda keçirilmiş XIII zirvə konfransından sonra  İƏT baş katibi İyad Madani ilə  keçirdiyi birgə mətbuat konfransındakı çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandeyib.

XIII zirvə konfransını İƏT-nin tarixində  “dönüş nöqtəsi” kimi xarakterizə edən Ərdoğan, əsas diqqət yetiriləcək məsələlər arasında Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi məsələsini xüsusi vurğulayıb.

“Azərbaycanlı qardaşlarımızın torpaqları uzun illərdən bəri erməni işğalı altındadır və mən Minsk Qrupunun (ABŞ, Rusiya, Fransa), BMT-nin Azərbaycanın lehinə qəbul etdiyi qərarlara baxmayaraq,  25 ildir ki Qarabağ problemini həll edə bilməməsini anlaya bilmirəm.  Mən azərbaycanlı qardaşlarımızın  Qarabağda apardıqları mübarizəni dəstəklədiyimizi təkrar ifadə edirəm”, - deyə Türkiyə prezidenti qeyd edib.

“Bu məsələdə  ciddi addımların atılmasının vacibliyini İslam Əməkdaşlıq Təşkilatı zirvə konfransının bu mətbuat açıqlamasında gündəmə gətirmiş oluruq”, - deyə Ərdoğan qeyd edib.