İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan ərazilərinin işğalını etiraf etdi

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan ərazilərinin işğalını etiraf etdi

27.05.2016

Polşanın İctimai Televiziyasının çəkiliş qrupu müvafiq akkreditasiya kartı ilə Azərbaycanda və Ermənistanda səfərdə olub. Səfərin nəticəsində çəkiliş qrupu tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı silsilə verilişlər hazırlanır (http://wiadomosci.tvp.pl/25462349/konflikt-podsycany-przez-rosje).

Dailykarabakh-ın məlumatına görə, jurnalist Pavel Szota müsahibə verən Ermənistan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan deyib: "İlk əvvəl problemin mənbəyini həll etmək lazımdır. Qaçqınlar, işğal olunmuş torpaqlar sadəcə bir nəticədir. Əsas problem Dağlıq Qarabağın statusudur".

Ermənistan XİN-nin rəsmisi bununla Azərbaycan ərazilərinin işğalını və işğal olunmuş ərazilərdən azərbaycanlıların qovulmasını və onların qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini etiraf edir. Bu ölkənin rəsmi mövqeyini çatdıran şəxs tərəfindən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiq edən və etiraf edən çox ciddi açıqlamadır.

Ermənistan rəsmisi tərəfindən belə bir kəlmənin səslənməsinə inanmayaraq redaksiya olaraq polyak dilini bilən mütəxəssislərə və polyak dilinin daşıyıcılarına müraciət etdik. Onlar da işğal faktının səsləndirildiyini təsdiq etdilər.

Verilişdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin də müsahibəsi yer alıb. O, münaqişənin əsasını Ermənistanın Azərbaycan ərazilərini işğalı, işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan qoşunlarının qeyri-qanuni mövcudluğu təşkil etdiyini deyib.

Veriliş əsnasında atışmalarda həlak olmuş erməni və Azərbaycan əsgərinin valideynləri və yaxınlarının müsahibəsi verilib.