İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Bolqarıstan parlamenti təkzib etdi: Heç bir nümayəndə heyəti Ermənistanda olmayıb

Bolqarıstan parlamenti təkzib etdi: Heç bir nümayəndə heyəti Ermənistanda olmayıb

27.05.2016

Bolqarıstandan heç bir parlament nümayəndə heyəti Ermənistanda səfərdə olmayıb. Trend-in məlumatına görə, bu barədə Bolqarıstanın Xalq Məclisinin mətbuat xidmətinin bəyanatında deyilir.

Mətbuatda yazılanlarla əlaqədar olaraq, parlamentin mətbuat xidməti bəyan edir ki, heç bir parlament nümayəndə heyətinin Ermənistana səfəri olmayıb: "Millət vəkilləri Valeri Simeonov, Valentin Kasabov, Dimitr Bayraktarov və Xristiyan Mitevin səfəri Xalq Məclisinin hesabına deyil, şəxsi dəvət əsasındadır və səfərin Bolqarıstan parlamentinə heç bir aidiyyəti yoxdur".

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, Bolqarıstanın Vətənpərvər Cəbhə partiyasını təmsil edən parlament üzvləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər.

Bir müddət əvvəl Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev demişdi ki, müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra onların adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.