İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Türkiyənin Baş naziri: Ermənistan işğalçı siyasətindən əl çəkməlidir

Türkiyənin Baş naziri: Ermənistan işğalçı siyasətindən əl çəkməlidir

03.06.2016

Ermənistan işğalçı siyasətindən əl çəkməli və Azərbaycan ilə xoş qonşuluq münasibətləri qurmalıdır. Trend "TRT Haber"ə istinadən məlumat verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Bakıya səfəri öncəsi deyib.

Baş nazir bildirib ki, Yerevanın işğalçı siyasəti Ermənistanı izolyasiya vəziyyətinə salıb.

B.Yıldırım vurğulayıb ki, hər kəsə məlumdur ki, Ermənistan öz qonşularına qarşı, xüsusilə Azərbaycana qarşı aqressiya nümayiş etdirir.

B.Yıldırım bildirib: "Qoşunların təmas xəttində Ermənistanın təxribatlarına Azərbaycanın cavabı - qardaş ölkənin müdafiə sahəsində uğurlarının bariz nümunəsidir".

O, həmçinin qeyd edib ki, Türkiyə ilk gündən Azərbaycanı dəstəkləyib və bundan sonra da dəstəkləməkdə davam edəcək.