İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan və Ermənistanın XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasına sadiqliklərini təsdiq ediblər

Azərbaycan və Ermənistanın XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasına sadiqliklərini təsdiq ediblər

03.06.2016

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasına sadiqliklərini təsdiq ediblər.

Trend-in xəbərinə görə, bu barədə ATƏT-in bəyanatında deyilir.

Bəyanatda deyilir ki, ATƏT-in Mnsk qrupunun həmsədrləri (rusiyalı İqor Popov, amerikalı Ceyms Uorlik və fransalı Pyer Andryö) mayın 31-də Brüsseldə E.Məmmədyarovla və iyunun 2-də Parisdə E.Nalbandyanla görüşərək mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə qəbul edilmiş qərarlarının icrasını müzakirə ediblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşik də iclaslarda iştirak edib.

Məlumatda deyilir ki, həmsədrlər nazirlərə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin genişləndirilməsi və ATƏT-in araşdıma üzrə mexanizmlərin yaradılması ilə bağlı sənədlər layihəsini baxmaq üçün təqdim ediblər.

Nazirlər hərtərəfli nizamlanma haqqında danışıqların bərpa edilməsi üçün iyunda keçiriləcək növbəti görüş barədə prezidentlərin razılığa gəldiklərini təsdiq ediblər.