İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Türkiyəli nazir: "100 il bundan öncəni danışanlar dünəni, Xocalı qətliamını, Azərbaycan torpaqlarının 20%-nin işğal altında olmasını danışmır"

Türkiyəli nazir:

04.06.2016

"Dünən Almaniyada sözdə soyqırım, keçərliliyi olmayan, hüquqi cəhətdən heç bir anlam kəsb etməyən qanun qəbul edildi. 100 il bundan öncəni danışanlar dünəni, ağrıları hələ də davam edən Xocalı qətliamından danışmır, Azərbaycan torpaqlarının 20%-nin işğal altında olmasından danışmır, Dağlıq Qarabağ haqqında danışmır".

APA-Economics” xəbər verir ki, bunu Türkiyənin yeni hökumətinin nəqliyyat, dəniz işləri və kommunikasiya naziri  Əhməd Arslan “Türk Hava Yolları”nın Azərbaycanda fəaliyyətinin 25 illiyinə həsr olunan tədbirdə çıxışı zamanı bildirib.

 Nazirin sözlərinə görə, hər iki ölkə gücləndikcə bu problemlər də həll olunacaq.

“Bu problemlərlə birlikdə necə ki Bakı-Tiflis-Ceyhanla, Bakı-Tiflis-Qarsla, Bakı-Tiflis-Ərzurumla qardaşlığımız daha da möhkəmlənir, coğrafiyamızda necə gücləniriksə TANAP-la da daha güclənəcəyik. Biz bu güc birliyə ilə, biz bu qardaşlıqla Dağlıq Qarabağ problemi həll olunana qədər dostlarımızı dost, düşmənlərimizi düşmən biləcəyik. Heç bir zaman bu olanları unutdurmayacağıq”, - deyə nazir əlavə edib.