İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rəsmi Bakı qondarma rejimin danışıqlar prosesinə qoşulması ilə bağlı açıqlamalara münasibət bildirdi

Rəsmi Bakı qondarma rejimin danışıqlar prosesinə qoşulması ilə bağlı açıqlamalara münasibət bildirdi

08.06.2016

Ermənistan-Azərbaycan münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycandır.

Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qondarma rejimin danışıqlar prosesinə qoşulması barədə bəzi xarici ölkə rəsmilərinin açıqlamalarını şərh edərkən bildirib.

H.Hacıyev vurğulayıb: "Ermənistan-Azərbaycan münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycandır. ATƏT sənədlərində də qeyd olunduğu kimi, münaqişədə maraqlı tərəflər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarıdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları bərabər hüquqa malikdir".