İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İlham Əliyevdən Türkiyəyə böyük jest

İlham Əliyevdən Türkiyəyə böyük jest

09.06.2016

O, Bundestaqdakı görüşdən imtina etdi.

Azərbaycan prezidenti İlham Əliyev Almaniya Bundestaqındakı görüşlərdən imtina edib.

Oxu.Az xəbər verir ki, bu barədə “TRT Avaz” telekanalı məlumat yayıb.

Məlumata görə, Prezident İlham Əliyev Almaniya səfərinin öncədən müəyyən olunmuş proqramında dəyişiklik edərək Almaniya parlamentindəki görüşlərdən imtina edib. 

Azərbaycan prezidenti, həmçinin Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun toplantısını da ləğv edib. Bununla da Azərbaycan erməni yalanlarına qarşı Türkiyəyə açıq dəstək verdiyini bir daha bəyan edib.

Xatırladaq ki, Almaniya Bundestaqı cari il iyunun 2-də qondarma “erməni soyqırımı”nı təsdiqləyən qətnamə qəbul edib.