İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ağ Ev işğal altında olan Azərbaycan torpaqlarının azad olunmasına çağırır

Ağ Ev işğal altında olan Azərbaycan torpaqlarının azad olunmasına çağırır

15.06.2016

AZƏRTAC:

Fransızdilli www.lelezard.com saytında “Ağ Ev Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarının qaytarılmasına çağırır” başlıqlı məqalə dərc olunub.

Məqalədə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşəbbüsü ilə başlayan, Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən və baxımsız qalan Sərsəng su anbarına görə humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan petisiyaya Obama administrasiyasının cavabından danışılır.

Petisiyanın nəzərdə tutulduğundan üç dəfə artıq imza topladığı diqqətə çatdırılır.

Məqalədə Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və onun ətrafınfakı 7 rayondan söz açılır, AŞPA, BMT, Avropa Parlamenti və ATƏT kimi bir çox beynəlxalq təşkilatların erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasına dair çağrışları vurğulanır.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

http://www.lelezard.com/communique-10509552.html