İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Almaniyada nəşr olunan “Bakış” jurnalında erməni yalanları ifşa edilmişdir

Almaniyada nəşr olunan “Bakış” jurnalında erməni yalanları ifşa edilmişdir

01.07.2014

Almaniyada nəşr olunan “Bakış” jurnalında Diaspor Jurnalistləri Birliyi idarə heyətinin üzvü Əli Zülfüqaroğlunun məqaləsi dərc edilmişdir.

AzərTAc xəbər verir ki, “Qaranlıqları aydınlaşdıran tarixi faktlar” adlı məqalədə qondarma erməni soyqırımı yalanları ifşa edilir. Yazıda bildirilir ki, Şərqi Anadolu bölgəsində daşnak və hnçak birləşmələrinin qətlə yetirdiyi türklərə aid 185 məzar vardır. Bu məzarların əksəriyyəti Qarsın Subatan kəndindədir. 1918-ci ildə Qars vilayətində 92 kənd dağıdılmış və yandırılmışdır ki, onlardan da biri Subatan kəndidir.

Məqalədə 1918-ci il hadisələrinin şahidlərinə istinadən Subatandakı məzarlıqlardan danışılır. Ermənilər tərəfindən törədilən qırğınlardan bəhs edilərək deyilir: “Qars və Sarıqamışdan geri çə/kilən daşnak-erməni birləşmələri o zamanlar türklərin, ermənilərin və rumların birlikdə yaşadıqları Subatan kəndinə də hücum ediblər. Hər yana təsadüfi atəş açan birləşmələr qarşılarına çıxan kəndliləri də getdikləri yerdə amansızcasına öldürüblər. Onlar başlarına baltalarla vurularaq və ya qarınlarına süngü soxularaq öldürülən qadın, uşaq, yaşlı kişi cəsədlərini küçələrdə buraxırdılar. Sənədlərə əsasən Subatan kəndində 570 adamın qətlə yetirildiyi bildirilir”.

Müəllif məqalədə belə kütləvi məzarlıqların Azərbaycanda da mövcud olduğunu qeyd edir.