İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Kreml Qarabağ üzrə görüşün təfərrüatlarını açıqladı

Kreml Qarabağ üzrə görüşün təfərrüatlarını açıqladı

20.06.2016

Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin qarşıdakı danışıqlarının əsas vəzifəsi Qarabağda hərbi əməliyyatların bərpa edilməsindən sığortalanmaqdır.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

Onun sözlərinə görə, qarşıdakı danışıqlar çətin keçəcək:

"Rusiya Prezidenti ayrıca görüşlər keçirəcək: əvvəlcə Ermənistan Prezidenti Serj Sarkisyanla, sonra isə Azərbaycan Prezidenti İlham Əliyevlə ayrıca görüş olacaq. Daha sonra ayrıca söhbət olacaq, bunun ardından Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın iştirakı ilə işçi naharı təşkil ediləcək".