İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü başlayıb

Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü başlayıb

20.06.2016

Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putinİlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşü başlayıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, görüş Peterburqun Konstantinov Sarayında keçirilir.

Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov və  ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edirlər.

Bundan əvvəl isə V. Putin Azərbaycan və Ermənistan rəhbərləri ilə ayrılıqda görüşlər keçirib. 

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə işçi naharı da olub.