İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Ermənistan yenə mövcud status-kvonun gücləndirilməsinə çalışır

XİN: Ermənistan yenə mövcud status-kvonun gücləndirilməsinə çalışır

22.06.2016

Ermənistan xarici işlər naziri hazırkı danışıqların məntiqinə və mahiyyətinə uyğun hərəkət etməli olduğu halda, yenə də mövcud status-kvonun gücləndirilməsinə çalışır.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E.Nalbəndyanın açıqlamasını şərh edərkən bildirib.

H.Hacıyevin sözlərinə görə, Ermənistan xarici işlər naziri yenə də öz ənənəsinə sadiq qalaraq, qeyri-konstruktiv və ziddiyyətli bəyanatlarla çıxış edir :"Ermənistan xarici işlər naziri hazırkı danışıqların məntiqinə və mahiyyətinə uyğun hərəkət etməli olduğu halda, yenə də mövcud status-kvonun gücləndirilməsinə çalışır. Bu isə status-kvonun qəbuledilməz və qeyri-davamlı olmasına dair ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə səsləndirdiyi mövqeyi ilə ziddiyyət təşkil edir.

Azərbaycan tərəfi münaqişənin həll edilməsi üçün substantiv danışıqlara sadiq olaraq, Peterburqda prezidentlər səviyyəsində konstruktiv şəraitdə keçirilmiş görüşün nəticələrini müsbət qiymətləndirir".