İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Çili XİN rəhbəri Azərbaycan əleyhinə qətnamə layihəsinin qəbuluna etiraz edib

Çili XİN rəhbəri Azərbaycan əleyhinə qətnamə layihəsinin qəbuluna etiraz edib

24.06.2016

Çili Deputatlar Palatası tərəfindən aprel ayında Azərbaycanın əks-hücumunu qınayan qətnamə layihəsinin qəbul edilməsi ilə əlaqədar Çilinin xarici işlər naziri Heraldo Munyoz tərəfindən Deputatlar Palatasının sədri Osvaldo Andrade Laraya məktub ünvanlanıb.

Bu barədə Trend-ə Çili parlamentindən məlumat verilib.

Qeyd olunub ki, qətnamə Çili parlamentində Latın Amerikası erməni lobbi təşkilatlarının təsiri altında olan bir qrup deputat tərəfindən irəli sürülüb.

Məktubda xarici işlər naziri sözügedən qətnamə layihəsinin qəbul edilməsi ilə bağlı rəhbərlik etdiyi qurumun etirazını bildirib. Həmçinin Çilinin Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü tanıdığını, işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimin müstəqilliyini tanımadığını və Birləşmiş Millətlər Təşkilatının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müvafiq qətnamələri əsasında münaqişənin həlli istiqamətində sülh prosesini dəstəklədiyi vurğulanıb.

Nazir ölkə konstitusiyasına görə Çilinin xarici siyasəti ilə bağlı məsələlərin yalnız Xarici İşlər Nazirliyinin səlahiyyətinə aid olduğunu xatırladaraq, hər iki qurumun bir-birinin səlahiyyətlərinə qarşılıqlı hörmət göstərilməsi prinsipinə əsaslanaraq, gələcəkdə beynəlxalq mövzularla bağlı hər hansı məsələnin, xüsusilə də iki ölkə arasında fərqli mövqelərin mövcud olduğu məsələlərin Xarici İşlər Nazirliyi ilə əlaqələndirilməsini və ən azı, əvvəlcədən Xarici İşlər Nazirliyinə məlumat verilməsini xahiş edib.

H.Munyoz yuxarıda qeyd olunanların Azərbaycanın Çilidəki diplomatik nümayəndəliyi və ya başqa dövlətlərin Çili Deputatlar Palatası tərəfindən faktiki olaraq ikitərəfli münaqişələrə müdaxilə edilməsi və ya suverenliyə hörmətsizlik göstərilməsi kimi qiymətləndirə biləcəyi hallarının və anlaşılmazlığın qarşısının alınmasına yardım edə biləcəyini vurğulayıb.